Fransanın yeni oyunu nədi?- Cılız siyasətçinin başından böyük planlarıbackend

Fransa Prezidenti Emanuel Makronun Azərbaycan Prezidentinə zəng edib onunla Cənubi Qafqazdakı Azərbaycan- Ermənistan münasibətləri haqqında söhbət aparması onu göstərir ki, Makron hazırkı dünya siyasətində özünü oda gözə vursa da, heç  nəyə nail ola bilmir. Bu, xüsusilə, Rusiya Ukrayna müharibəsində özünü göstərdi. Makron nə qədər istəsə də, bunlar arasında danışıqlar aparmasına nail olsun. Alınmadı.

Bu sözləri “Yeni Gundem” -ə politoloq Elşad Həsənov bildirib.

“Göründüyü kimi, hazırda dünya siyasətində söz sahibi Türkiyə Prezidentidir və Makron da buna çox böyük qısqanclıq göstərir.”

Fransanın Cənubi Qafqazda mövqeyinin artırmaq istəyində vurğulayan Politoloq Makronun yeni çabalarının əbəs yerə olduğunu bildirdi:

“Bildiyiniz kimi, Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş üzvündən biridir. Yəni böyük dövlətdir. Ancaq belə böyük dövlətin çox cılız xırda siyasətçisi var, siyasi rəhbəri var, sözü heç hara keçmir və özünü siyasətini düzgün qura bilmir və  görüşündə də Makron və ondan sonra verdiyi televiziya bəyanatında, Ermənistanın yanında olduğunu göstərdi, bildirdi və Azərbaycanı işğalçı ölkə adlandırdı.Bunun ardından yenidən cənab Prezident İlham Əliyevə zəng etməsi bu yeni oyunlar deməkdir.

Bunların oyunu nədir? İndi Rusiya, Ukrayna müharibəsi fonunda Rusiyanın zəifləməsi, Rusiyanın Cənubi Qafqazda deməli, mövqeyini zəifləməsi. O, Fransadan sonra Ermənistanın bacısı olan Fransanın və Ermənistanın din qardaşı ideya qardaşı olan İranın Cənubi Qafqaza meyl əməllərini göstərir və onlar Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənmək istəyirlər. Mövqelərini də artırmaq istəyirlər. Necə deyirlər Cənubi Qafqaza əl qoymaq istəyirlər. Ancaq bu da bugünkü siyasi durum da mümkün deyil . Çünki Azərbaycan güclü bir ölkədir, Azərbaycan qalib ölkədir. Azərbaycan Cənubi Qafqazda sülh sahibidir. Eyni zamanda, Azərbaycan Türk birliyinin ən güclü ölkələri ilə qardaşlar, xüsusilə NATO ölkəsi olan Qardaş, Türkiyə ilə müttəfiq ölkədir. Azərbaycan arasında təkcə Türkiyə yox, eyni zamanda türk birliyinin üzvləri artıq dayanır. Bunu da hiss edən həmin Makron Azərbaycanla müəyyən mənada dırnaq arasında öz vəziyyətini düzəltmək, yəni yaxınlaşmaq istəyir. Ancaq onların həm deməli, Fransanın, həm də İranın məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda yerlərini möhkəmləndirmək, Cənubi Qafqazda söz sahibi olmaq istəmələridir.

Ancaq bunlar hamısı da boş xəyallardır. Artıq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsi bağlanmasını Avropa Birliyi istəyir, Amerika istəyir. Son zamanlar İranın Azərbaycana, əzələ nümayiş etdirməsi, yönəlik təhdidlər etməsi, Azərbaycan onlara layiqli cavab verməsi və Amerikanın İranla Azərbaycan arasında qarşıdurma olarsa, biz Azərbaycanın yanında olmaq olacağıq deməsi Azərbaycanın güclü mövqeyi və Avropa ilə sıx əməkdaşlıq etdiyini göstərir və Azərbaycan nəinki İranla, nəinki Ermənistanla, nəinki Fransa ilə və digər ölkələrlə də lazım gələrsə, mübarizə aparacaq, öz ərazi bütövlüyünü təmin edəcək. Buna görə də Makronun bu çabaları əbəsdir.”

Fərahim RƏHİMOV

Yenigundem.az