Fuad Heydərli: “Prezidentimiz öz dəstəyini xalqından əsirgəmir, xalq da daim öz Prezidentinə dəstəkdir”backend

Bu gün dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla virusla mübarizə aparmaqdadır. Bəzi ölkələrin iqtisadiyyatı təmamən ziyana uğramış, bəzi ölkənin əhalisi gözlə görünəcək qədər azalmış, bəzi ölkələrsə bu virusa qarşı vaxtında mübarizəyə başlaya bilmişdir. Azərbaycanda məhz bu sıradakı ölkələrə aiddir. Virus digər ölkələrdə sürətlə yayıldığı zaman Azərbaycan sərhədləri bağlamış, digər ölkələrə nisbətən virusun ölkəmizdə yayılması ləngimişdir. 

Prezidentimizin düzgün siyasəti, uzaqgörənliyinin nəticəsidir ki hal hazırda 46 xəstəxana Korona virusun müalicəsi üçün istifadəyə verilmişdir. Bu xəstəxanaların hər biri yüksək texnika və avadanlıqlarla təchiz olunmuşdur. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülmüş, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açlmışdır. Müəssisədə hər gün 120000 tibbi maska istehsal edilməyə başladı. Əhalimizin sağlamlığı üçün maska istehsalı günü gündən artır. Koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Ölkədə 6 şirkət isə dezinfeksiyaedici məhlullar istehsal edir.

Göründüyü kimi Prezidentimiz öz dəstəyini xalqından əsirgəmir. Xalq da daim öz Prezidentinə dəstək olmaqdadır.

Gündən günə virusa yoluxanların sayının azalması Respublikamızda gedən güclü mübarizə tədbirlərinin nəticəsidir. Ölkəmizdə gün ərzində rekord yoluxma sayı 590 nəfər olduğu halda bu rəqəmlər artıq 120 nəfərə qədər azalmışdır.

Ümid edirəm ki, bu rəqəmlər 0- a bərabər olar və virus təmamilə ölkəmiz bu bəladan qurtular.

Fuad Heydər
YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini