Fuad Muradov saxlanıldıbackend

“Fədailər” hərəkatının rəhbəri Fuad Muradov saxlanılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

“Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta “fədai” Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdim.

Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir. Ona görə də mənə F.Muradovun qanunsuzluqları ilə bağlı müraciət edən şəxslərdən xahiş edirəm ki, həmin idarəyə müraciət edib sübutlarını təqdim etsinlər” – A.İsmayılov qeyd edib.