Fulya Öztürk: “Ermənistan bir uşaq qatilidir, bunu bütünü dünya bilməlidir”backend

“Bu gün Halil Kahramanla birgə burda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim”

“Yeni Gündəm” xəbər verir ki, bunu Fulya Öztürk “Fulya” filminin təqdimatında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu film ermənilərin insanları necə qətlə yetirdiyinin sübutudur: “Açığı filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Ermənistanın Bərdədə, Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu film də Ermənitanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə, Gəncə hadisələrinin çəkilişlərindən otelə qayıtdıqda Avropa, Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik”.

“Müharibə zamanı faciələri görməklə yanaşəı, şükür ki, zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütünü dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Və filmdə də yaşadığım hissləri anlatmağa çalışmışıq. Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, əsas qəhrəmanlar biz deyilik, əsəs qəhrəmanlar bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Hər zaman deyildiyi kimi, Qarabağ Azərbaycandır”.

Qeyd edək ki, bu gün Nizami Kinoteatrında “Fulya” filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində mədəniyyət naziri Anar kərimov, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.