Fumio Kişida baş naziri seçildibackend

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida ölkənin yeni Baş naziri seçilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Yaponiya parlamentinin Aşağı palatası səsvermə zamanı səs çoxluğu ilə Fumio Kişidanı ölkənin yüzüncü Baş naziri seçib. Səsvermə canlı olaraq yayımlanıb.

Nazirlər Kabinetinin yeni tərkibi bu gün ərzində elan olunacaq.