Türkiyəli sabiq futbolçu Tuncay Şanlı 9 aylıq hamilə sevgilisi Melis Sayımı idman spikeri Seyhan Şaşko ilə aldadıb.
“Yenigundem” “Habertürk”ə istinadən xəbər verir ki, paparazilər Tuncay və Seyhanı əl-ələ görüntüləyib.
M.Sayım isə doğuma 4 gün qalmış gördüyü mənzərənin onu artıq maraqlandırmadığını bildirib:
“Artıq Tuncayla birlikdə deyiləm. Ona görə də məni maraqlandırmır. Sadəcə səhər mesaj yazaraq “Doğuma 4 gün qalmış mənə bunu yaşatdığınız üçün təşəkkür edirəm” dedim. Hazırda tək düşündüyüm doğulacaq oğlumdur”.
Qeyd edək ki, Tuncayla Melis 2016-cı ilin fevralından birlikdə idi.
Tuncay Şanlı və Seyhan Şaşko