“Qalatasaray”ın futbolçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb. Bu barədə Daily Mail məlumat yayıb.
“Yeni Gundem” xəbər verrir ki, nənbənin məlumatına görə, argentinalı futbolçu hazırda üç nüsxədə buraxılan “Rolls-Royce” alıb. Avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir. Qeyd olunur ki, daha bir avtomobili Cey Zi və Beyons alıb.
İkardi “Qalatasaray”a 2023-cü ilin yayında keçib. Komandanın tərkibində Türkiyə çempionu olub. PSJ ilə birlikdə futbolçu iki dəfə Fransa çempionu olub.
2022-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliyada ən bahalı evi alıb. Lissabondan 40 dəqiqəlik məsafədə yerləşən mülkün dəyəri 21 milyon avro olaraq qiymətləndirilir.