“Füzuli” Beynəlxalq hava limanı ilə bağlı yeni xəbərbackend

“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Bu barədə “Yeni Gündəm” “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən xəbər verir.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.