“Füzulidə birinci yaşayış məhəlləsinə köçürülən ailələrin sayı ümumilikdə 846-ya çatdırılacaq” – Faiq Hacıyevbackend

“Yaxın aylarda Füzulidə birinci yaşayış məhəlləsinə köçürülən ailələrin sayı ümumilikdə 846-ya çatdırılacaq”.

Yeni Gundem”-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.

Onu sözlərinə görə, Füzuli şəhərinə 358, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb:

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır”.

Təbriz