Füzulidə daha 4 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” erməni mətbuatına  istinadən xəbər verir ki, cəsədlər Füzuli ərazisində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 371-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut istiqamətində davam etdirilir.