Füzulidə minalanmış ərazidəki yanğından – Videobackend

Fövqəladə Hallar Nazirliyi Füzuli rayonunda ermənilər tərəfindən minalanmış ərazidə baş verən yanğınla bağlı daha bir açıqlama yayıb.

“Yeni Gündəm” xəbər verir ki, iyunun 30-da “112” qaynar telefon xəttinə Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək