Füzulidə traktor minaya düşdübackend

Füzuli rayonunda traktor minaya düşüb.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.