“Ganjavi Holding” və “Sert Yapı” şirkəti əməkdaşlığa başlayıb – FOTOLARbackend

“Ganjavi Holding” və “Sert Yapı” şirkəti arasında əməkdaşlıq fəaliyyətləri müzakirə olunub.

“Yeni Gundem” xəbər verir ki, “Ganjavi Holding” və “Sert Yapı” şirkəti əməkdaşlığa başlayıb. Hər iki şirkət Azərbaycanda öz sahələrində fəaliyyətlərinin reallaşması üçün istiqamətlər təklif edib. “Ganjavi Holding”in əməkdaşlıq etdiyi qurumlara “Sert Yapı” şirkəti tərəfindən 5% endirim ediləcək.

“Sert Yapı” şirkəti artıq 10 ildir ki, Master Builders Solutions (öncəki adı ilə BASF) alman markasının Azərbaycandakı tək distribütoru olaraq satış və texniki dəstək xidmətləri göstərməkdədir. Şirkət eyni zamanda Edilteco italyan markasının da Azərbaycandakı distribütorudur.

“Sert Yapı” şirkətinin təklif etdiyi həllər aşağıdakı kimidir:

– Beton və beton qatqı həlləri – beton, fibra, qatqı kimyəviləri;

– Beton təmir və gücləndirmə həlləri – sement, fiber əsaslı təmir materialları;

– Təməl izolyasiya həlləri – bitum, bitum-sement, akril-sement əsaslı izolyasiya materialları;

– İçməli/çirkab su anbarı və üzmə hovuzu izolyasiya həlləri – sement, akril-sement, eboksid əsaslı izolyasiya materialları;

– İstilik və səs izolyasiyası həlləri – Edilteco;

– Fasad həlləri – daş yunu, EPS, XPS, dubel, yapışdırıcı, üzlük, dekorativ suvaq;

– Dam izolyasiyası həlləri – sement, akril-sement, bitum-sement, poliureya izolyasiyası;

– Metal və beton boya həlləri – eboksid, poliuretan boyalar;

– Hamam otağı həlləri – izolyasiya, yapışdırıcı, fuga, kafel-metlax, plastik köşələr, kantlar və s.

Tel.: (+994 50) 275 28 24

Email: [email protected]