Son günlər Gəncə Dövlət Universiteti ilə bağlı şikayətlər səngimək bilmir. İstər müəllim kollektivi, istərsədə tələbələr artıq bir qocaman rektorun əməllərindən təngə gəldiklərini söyləsələrdə, necə deyərlər, heç kimin umrunda da deyil.
Mövzu ilə bağlı onu qeyd edə bilərik ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov heç də sıradan biri deyil. Təbii ki, Maliyyə Nazirliyində yüksək posta sahib çıxan Cavanşir Yusibovun qardaşı və eyni zamanda hər şeylər naziri Mikayıl Cabbarovun yaxın silahdaşlarındandır. Xatırladaq ki, hələ illər öncə rektorun ali təhsil ocağında Zəhra adlı müəllimə ilə eşq yaşaması xəbəri yayımlanmışdır. Doğrudur, baş verən biabırçılıq sosial şəbəkədə narazılıqla müzakirə olunsada, sonradan Bakı şəhərində rektora yaxınlığı ilə seçilən jurnalist tərəfindən küllü miqdarda pul hesabına məsələ qapandı. Gəncə şəhərində isə həmin hadisə hələ də cəmiyyət arasında nifrətlə yad edilir. Bir sözlə, şəxsi maraqlar müəllimin həyatını darma-dağın etdi. Yəni, Zəhra müəllimənin həyat yoldaşı məhkəməyə müraciət edərək ayrılmaq qərarına gəlib. Beləliklə, bir ailə Y. Yusibova qurban verildi.
Yeni məlumatlarda universitetin digər bir əməkdaşı Orxan adlı şəxslə bağlıdır. Rektorun oğurluğu ilə tanınan bala oğılcıq heç həqiqi hərbi xidmətdə olmadığı barədə məlumatlar əldə etdik.
Yusif Yusibovun maxinasiyaları bütün müəllim kollektivini artıq çıxılmaz duruma gətirib. Bu barədə saytlara geniş informasiyalar ünvanlanıb. Lakin pul hesabına şikayətlərə zaman ayıran tapılmır. Cənab rektorun qanunsuz əməlləri isə universitetdə davam edir. İmtahanlara “krişalıq” edən prorektor Şahin Xurşudov isə çox tədbirli müəllimdir.
Deməli, imtahandan günlər öncə prorektoru “görüm-baxım” edən tələbələr üçün xüsusi kabinetlər təşkil edilib. Xüsusi diqqət və qayğı ilə tələbələr əziyyət çəkmədən imtahandan üzü ağ çıxa bilir. Amma maddi durumu buna imkan verməyən tələbələr isə “qanuni”, “şəffav” şəkildə imtahandan keçməlidir. Prorektorun tədbiq etdiyi metod isə Y. Yusibovu tam qane edir. Küllü miqdarda gəlir əldə edən rektor və prorektor şəxsi imkanlarını artırmaqda davam etdiyi bir zamanda Dövlət Təhlükəsizlik Xidmətinə olduqca vacib siqnal vermiş olduq. Müəllimlərin aldığı əmək haqqı isə yeni narazılıqlar yaratmaq astanasındadır.
Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə yaratmağa çalışdıq. Amma cəhtlərimiz heç bir nəticə vermədi.
Araşdırmalarımız davam edir…