Gecə klubunda yaralanan Aysel: “Yeni telefon aldılar, xəstəxana pulumu ödədilər” – FOTObackend
“Location” gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürovadan xəbər var.
“Yeni Gündəm” BAKU.WS-ə istinadən xəbər verir ki, bloger yaşadığı bədbəxt hadisədən sonra uzun müddətdir həmin məkan sahiblərindən  şikayət etsə də, ona dəymiş ziyan ödənilmirdi.
Nəhayət Aysel ötən gün şəxsi instaqram hesabında paylaşım edərək gecə klubu sahiblərindən tələb etdiyi təzminatını aldığını bildirib. Bloger yanğın zamanı itirdiyi telefonlarının və xəstəxana xərclərinin qarşılandığını bildirib:
“”Location”da baş verən partlayışda ağır yaralananlardan idim. Telefonlarım partlayış zamanı klubda qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əmaliyyət olmuşdum.
Bu haqda da paylaşım etmişdim ki “Location”in rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir.
Nə xəstəxana, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim.
Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım hamısı üst üstədir…
Bunlar ömür boyu mənlə qalacaq, amma bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqını tələb etsin. Və İnşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin!
Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin”.