“Gecədən-səhərə kimi bir-birimizi təpikləyirdik” – VİDEObackend

“Mən Nazilə və dörd bacım – Fazilə, Sahibə, Svetlana, Elmira… Nazilə ilə Fazilə baş-ayaq bir yatırdı, Sahibə ilə Svetlana bir yatırdı. O “setka”dan olan dar yataqda gecədən-səhərə kimi bir-birimizi təpikləyirdik. İndi də fikirləşirəm ki, altı uşağı dünyaya gətirəndə heç olmasa yatağını ayırardız da…”

“Yeni Gundem” bizim media-ya istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.

Sənətçi proqramda uşaqlıq travmasından söz açıb:

“Bacımla baş-ayaq yatdığımdan indiyə kimi təpikləri ayaqlarımda və qollarımda hiss edirəm. Bu travmadır”.

Şairə verilişə kömək üçün müraciət edən qadına üzünü tutaraq, “Sizə elə gəlir ki, dünyaya övlad gətirdim, yığdım, sayını çoxaltdım… Amma bu, belə deyil. Bəlkə o şəxsin qəlbində öz arzuları, xəyalları var. Buna görə də zamanından tez üsyan edir sizə. Bu qızın keçid dövrüdür, onun 14 yaşı var. Evdə mən də üsyan edirdim, arzularım vardı”,- deyə bildirib.