Gələcəkdən gəldiyini deyən şəxs final oyunu ilə bağlı foto paylaşdı: Bu milli çempion olacaq – FOTObackend

Qətərdə keçirilən dünya çempionatı ilə bağlı diqqətçəkən proqnoz verilib.

“Yeni Gundem” xəbər verir ki, gələcəkdən gəldiyini irəli sürən şəxs finalda Braziliya millisinin qələbə qazanacağını irəli sürüb. O, sosial mediadakı paylaşımında bildirib ki, final oyunu Braziliya ilə Fransa arasında baş tutacaq. Onun iddiasına görə, qarşılaşma Braziliyanın 2-1 hesablı qələbəsi ilə başa çatacaq.

Gələcəkdən gəldiyini irəli sürən şəxs final qarşılaşması ilə bağlı foto da paylaşıb.