Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcəkbackend

Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər aparır. Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Namibiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edərkən söyləyib.