Gələn həftə karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMAbackend

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi rəqəm fərqi var. Gündəlik yoluxmaların sayı 4000-ni keçib. Amma sərt karantin rejimindən sonra xeyli azalma var. Əgər azalma bu dinamika ilə davam edərsə, Operativ Qərargah sərt karantin rejimində yumşalmalara gedilməsi ilə bağlı məsələyə baxa bilər. Əlbəttə burada gündəlik yoluxma, sağalma və ölüm halları ciddi analiz edilməlidir.

Təhlil ediləndən sonra əgər epidemoloji vəziyyət yumşalmaya imkan verərsə bununla bağlı qərar qəbul ediləcək. Hər bir vətəndaş sərt karantin rejiminə əməl etməlidir. Gündəlik yoluxanların sayında azalmaya görə arxayın olmaq olmaz. Bu gün hələ də dünyada bu virus öz təhlükəsini qorumaqdadır. Ona görə də qoyulan qaydalara əməl edərək, Operativ Qərargahın mövcud vəziyyətlə bağlı qərarını gözləyək. Gələn həftə veriləcək qərar gündəlik yoluxanların sayından asılı olacaq”