Gələn həftədən aparılacaq testlərin məqsədi AÇIQLANDIbackend

“Seroloji testlər daha öncə bizim virusla qarşılaşıb-qarşılaşmadığımızı müəyyən etmək üçün aparılır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) Mikrobiologiya İşçi  Qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

O bildirib ki, növbəti həftədən belə testlərin keçirilməsinə başlanacaq.