“Ambulator şəraitdə vətəndaşların dərman təminatı məsələsi bu il nəzərdə tutulmayıb”.
“Yeni Gündəm” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda stasionar şəraitdə dərman təminatı xidmətlər zərfinə aiddir: “Biz gələn il üçün ambulator şəraitdə dərman təminatını nəzərdə tutmuşuq”.