“Gələn il daha böyük ərzaq böhranı yaşayacağıq” – Ərdoğanbackend

“Buğda, günəbaxan yağı və qarğıdalıda olduğu kimi, düyüdə də böhran ehtimalı var. Dünya gübrə bazarı sabitləşməlidir. Əks halda, gələn il daha böyük ərzaq böhranı yaşayacağıq”.

“Yeni Gundem” TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, ixrac olunan taxılın təcili ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya çatdırılması üçün tədbirlər görməliyik.

Türkiyə liderinin sözlərinə görə, ərzaq böhranının idarə edilməsində olduğu kimi, Avropanın enerji təhlükəsizliyinə də aydın töhfə verirlər.