“Gələn il Ermənistana qarşı bir neçə məsələ üzrə iddia qaldırılacaq”backend

Yaxın zamanlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitrajlara müraciət edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu, 2022-ci ildə qarşıda duran əsas vəzifələrdəndir.