Gələn ilin may ayına qədər Kəlbəcərə 500 ailə köçürüləcəkbackend

“Kəlbəcər rayonunun ərazisində olduğu kimi, Kəlbəcər şəhərində də bərpa-quruculuq işləri başlayıb”.

Bunu Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclaslarında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“İlk növbədə, Kəlbəcər şəhərində 28 mayda açılmış hərbi hospitalın, hərbi hissənin təhvil verilməsi, bunda əlavə, bir neçə su elektrik stansiyasının açılışı buna misaldır. İlk növbədə, 2 nömrəli “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən gələn ilin may ayına kimi təxminən 500 ailənin köçürülməsi üçün lazımi tikinti işlərinin təhvil verilməsi nəzərdə tutulub”,- xüsusi nümayəndə qeyd edib.

Məsim Məmmədov tikinti materialları ilə bağlı təchizat məsələsinə də toxunub.

“İrəlidən qış gəlir. Bu məqsədlə çalışacağıq ki, yolların daşımalar üçün yaralı olması məqsədilə Kəlbəcər şəhəri və ətrafında tikinti materialları üçün ehtiyat resursların yaradılmasını həyata keçirək. Bununla da vaxtında dayanmadan işlərin həyata keçirilməsinə nail olacağıq.

İlk növbədə normativlərə əməl olunması qarşıda qoyula məqsədlərdən biridir. Bizim publik hüquqi şəxs Bakı Abadlıq Xidməti ilə daima yaxın təmasdadır. Lahiyələndirmə işləri, demək olar ki, başa çatmışdır. Bizim tərəfimizdən lazım olan bütün tədbirlər görülür və görülməkdədir. Şəhərsalma komitəsi ilə birlikdə yaxın bir il ərzində qarşıda qoyulan məqsədlərimizə çatacağıq”./APA