Gənc müəllim koronavirusdan vəfat etdibackend

Azərbaycanda müəllim koronavirusun qurbanı olub.

“Yeni Gündəm” xəbər verir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib:

“Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.