Gənc namizədin fərdi görüşləri sakinlər tərəfindən çox yüksək dəyərləndirilir və maraqla qarşılanırbackend

92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyi qeydə alınan Bayramov Seymur çox fəal şəkildə sakinlərlə görüşlərini həyata keçirir.

Zərdab rayonunun Körpükənd, Burunlu, Qoruqbağı, Gödəkqobu, Məmmədqasımlı, Məlikli, Pərvanlı kəndlərində çox maraq və diqqətlə qarşılanan gənc namizədlə görüşmək istəyənlərin sayı çoxalır.

Görüş zamanı hər bir ailənin problemlərini maraqlanan namizəd eyni zamanda da , qeyd olunan məsələlərin həllini müzakirə edərək həm tövsiyyələrini həm də dəstəyini bildirir. Hal-hazırda ən vacib olan amil insanların səsverməyə cəlb olunması, inamsızlıq və ümidsizlik hislərinin dəf edilməsidir.

Hər günün sonunda qeyd olunan problemlər yenidən müzakirə olunur və insanların düzgün istiqaətlənməsi təmin edilir. Görüşlərin fəal şəkildə davam edəcəyini bildirən namizəd səsvermə gününə qədər bütün seçki dairəsinə aid olan hər bir kənd və qəsəbələrdə insanlarla təmasda olacağını qeyd etdi.

Süleyman Tanrıverdiyev