Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.backend

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycanlıların soyqırımı tarixinə nəzər salaraq bildirmək istəyirəm ki, monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərləri keçmiş SSRİ-nin hərbi-sənaye potensialına arxalanaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini, o cümlədən, 7 ətraf rayonu, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam və Füzulini işğal edib xarabazara çeviriblər. Ermənistanın hərbi təcavüzü təkcə Dağlıq Qarabağı və onun ətraf rayonlarını deyil, eyni zamanda, Azərbaycanın qərbində yerləşən Gədəbəy, Tovuz, Ağstafa rayonlarını da əhatə edib.
İşğal edilmiş ərazilərdə 800 yaşayış məntəqəsi, 6 min sənaye və kənd təsərrüfatı obyekti, ümumi ərazisi 9 min kvadratmetr olan 150 mindən artıq mənzil və şəxsi ev, 4366 sosial-mədəni obyekt, o cümlədən, 850 məktəbəqədər təlim-tərbiyə müəssisəsi, 690 orta məktəb, 490 tibb müəssisəsi, 927 kitabxana, 22 muzey, 6 teatr, konsert zalı və s. obyektlər erməni vandalları tərəfindən dağıdılıb. Ermənilərin millətimizə, vətənimizə qarşı törətdikləri cinayətlər və vəhşiliklər bunlarla bitmir. Onların ciddi tədqiqatlara, araşdırmalara ehtiyacı var. Bu işdə hər kəs yaxından iştirak etməli, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış soyqırım faktları bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən bu istiqamətdə artıq ciddi uğurlara imza atılmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan dünya ictimaiyyətini erməni vəhşilikləri haqqında arqumentləşdirilmiş şəkildə məlumatlandırmaqdadır. Dövlətin yaxından təşkilatçılığı ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə qoşulubdur. Artıq ciddi uğurlarımız göz qabağındadır. Məsələn, “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına məhz 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Bu gün XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirməyə nail olunması istiqamətində bu möhtəşəm kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  “1918-ci il yanvarın 18-də Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Yap Zəngilan rayon təşkilatının gənclər birliyinin sədri Nərmin Hüseynzadə