Gənc oğlan Bakıda Xəzərə köpək balığı buraxdı, izləyicilər heyrətləndibackend

“Tik-tok” şəbəkəsində Xəzər dənizinə köpək balığını buraxdığını iddia edən gəncin videosu yayılıb.

Videorolikdə özünü təqdim etməyən gənc plastik qabda gətirdiyi balaca köpək balığını dənizə buraxır.

O, balığı duzlu suya buraxmazdan öncə onu suya uyğunlaşdırdığını bildirir. Daha sonra köpək balığını suya buraxır.

Naməlum gənc köpək balığını haradan gətirdiyini açıqlamayıb.

Görüntülərdə həmin canlının köpək balığı olub -olmadığı aydın olmur. Yəqin mütəxəssislər bu barədə rəylərini deyəcəklər.

Onun bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən narazalıq və narahatlıqla qarşılanıb.

Azpost.info