Gəncə qapısının saxlanıldığı monastırda yanğın olub, keşiş xəsarət alıbbackend

Gürcüstanda tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.

“Yeni Gundem” xəbər verir ki, yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.

Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib.

Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.

Qeyd edək ki, Gəncə qapısı Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.

APA