Gəncə sakinləri icra hakimiyyətindən və “Azəriqaz”dan şikayətçidirbackend

Azərbaycan bir çox ölkələri qazla təmin edən yeganə ölkədir.Ancaq təsüf ki, bir çox vətəndaşlarımız qazla bağı problem yaşayır.

Gəncə şəhərindən bir neçə vətəndaşımızın “Yeni Gündəm”-in redaksiyasına müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

​​​Gəncə şəhərində Məhsəti qəsəbəsi A.Səhhət prosbekti adlanan yeni-yaşayış massivində qazsız fərdi evlərdə yaşadığımız barədə aidiyyəti qurumlara məktublar ünvanlamağımıza baxmayaraq cavab ala bilmirik.

Nəzərinizə çatdırırıq ki, başqa ərazilərə nisbətən bizim ərazini qazla təmin etmək elə bir çətin iş deyil.Çün ki, ərazi Gəc zavoduna, Gömrük idarəsinə, SEMPA zavoduna, nur marketə məxsus fermaya Neftbazaya yaxın bir yerdə yerləşir.

Məlumdur ki, həmin yerlərdə qaz var. Belə bir halda bizi qazla təmin etmirlər.Bunlar azmış kimi ərazidə xarab olmuş artezan olduğu bir halda aidiyyəti qurumlar onu təmir etmək üçün müxtəlif bəhanələr edirlər.
Gəncə Şəhər İcra Hakimiyyəti Prezident Admnistrasiyasına yalan məlumatlar verir.
Xahiş edirəm Gəncə Şəhər İcra Hakimiyyətinə yox bizə inanın. Fakt şahidiyyik ki, Dövlət proqramı əsasında elə bir yerlərə qaz çəkilibdir ki, orada yaşayış minumum səviyyədədir. Hətta qazları olmasına baxmayaraq əhali odun peçindən istifadə edirlər.Çox ciddi qanun pozuntuları var ancaq yaza bilmirəm gərək gəlib gözlə görəsən ki, ölkə prezidentinin ehtimadını doğrulda bilmirlər. Yalan-yalan məlumatlar verirlər. Bizlərin qazla təmin olunmağımıza köməklik göstərilməsini xahiş edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şikayətçi: Məmmədov Zakir Əli oğlu (Qarabağ müharibəsi veteranı,ehtiyyatda olan zabit.

1. Əliyeva Samirə Ələsgər qızı AA 0291210
2. Məməddov Əli Zakir oğlu AZE 16863879
3. İsmayılov Qabil İsrafil oğlu (Şəhid dayısı)AZE 09146667
4. Süleymanova Səadət Tofiq qızı AZE 06798793
5. Rüstəmov Anar Qurban oğlu AA 1755396
6. Rüstəmov Qurban Şəmsəd oğlu AZE 07182772
7. Abbasov Eldəniz İsrail oğlu AZE 07744195
8. Məmmədov Əliağa Məsim oğlu AZE 07744195
9. Fərhadova Ruqiyyə Nuru qızı AZE 02206937
10. Həsənova Amalya Bayram qızı AZE 02206937
11. Məmməod Məcid Oruc oğlu AA 0067596
12. Ramazani Pərviz Alim oğlu AZE 13701691
ƏLAQƏ:070 365-90-50 Asəf müəllim!