Gəncədə 25 yaşlı qadın qətlə yetirildibackend

Gəncədə qətl hadisəsi baş verib.

“Yeni Gündəm”-in məlumatına görə hadisə şəhərin “Posyolka” adlanan ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aynur Vəliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.

APA