Gəncədə ata oğlunu bıçaqladıbackend

Gəncə şəhərində ata oğlunu bıçaqlayıb.

“Yeni Gundem”in verdiyi xəbərə görə, bu barədə onun arvadı, 1965-ci il təvəllüdlü M. Quliyeva polisə müraciət edərək məlumat verib. O bildirib ki, onunla eyni ünvanda yaşayan həyat yoldaşı, 1961-ci il təvəllüdlü Vilayət Quliyev əvvəlcə əlindəki hörgü baltası ilə yaşadıqları evi dağıtmaq istəyib. Daha sonra oğlu 1986-cı il təvəllüdlü Samiri bıçaqla sol qolundan vurub.

Araşdırma aparılır.