Gəncədə irimiqyaslı təmizlik işləri aparıldıbackend

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin İsmət Qayıbov, Bağmanlar, Cavad bəy Rəfibəyli, Qara Namazlı və digər küçələrdə irimiqyaslı təmizlik işləri təşkil olunub.

“Yeni Gundem” xəbər verir ki,ərazi Xidmət Sahələrinin əməkdaşları adıçəkilən əraziləri məişət tullantılarından, alaq otlarından təmizləyib, yığılan tullantılar bir yerə toplayaraq ərazidən daşınmasını təmin ediblər.

Bununla yanaşı, MKTİB-nin Təmir-tikinti və Qəza xidməti şöbəsi tərəfindən şəhərin Ş.İ.Xətai prospektində mövcud olan işıq dayaqları, körpülərin dəmir məhəccərləri və kiçik tutumlu zibil qutuları yuyularaq təmizlənib. Bu təmizlik aksiyasına adıçəkilən şöbə əməkdaşları ilə yanaşı birliyin texnikası da cəlb edilib.

Səhər saatlarından başlayan təmizlik işləri gün ərzində davam etdirilib.

Qeyd edək ki, sözügedən işlər mütəmadi olaraq təşkil olunur.

Fərahim Rəhimov