Gəncədə itkin düşən 84 yaşlı Türkiyə vətəndaşı tapıldıbackend
Gəncə şəhərində əcnəbi vətəndaş itkin düşüb.
“Yeni Gündəm” Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.
Türkiyə vətəndaşı, 1936-cı il təvəllüdlü Dədə İsa Mehmet naməlum şəraitdə itkin düşüb. Hadisə barədə Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə məlumat daxil olub və araşıdrmalara başlanıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən D.İ. Mehmet tapılaraq yaxınlarına təhvil verilib.