Gəncədə “patı” satan şəxslər saxlanıldı – Fotobackend
Gəncə şəhərində “patı” adlanan metamfetamin satan şəxslər saxlanılıb. 

 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Gündəm”ə verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılan Samir Hüseynovun üzərindən 0.3 qram metamfetamin aşkar edilib.

Onun narkotik maddəni tanışı Mətləb adlı şəxsdən 10 manata aldığı məlum olub. Daha sonra saxlanılan Mətləb Əliyevin üzərindən 0.33 qram maddə olan metamfetamin aşkar edilərək götürülüb. Digər saxlanılan şəhər sakini İqbal Əlisgəndərovun üzərindən 1.25 qram heroin aşkar edilib. Şübhəli bilinən digər şəhər sakini Asif Bağırov da saxlanılıb. Onun üzərindən 0.2 qram heroin aşkar edilərək götürülüb.

Əvvəllər məhkum olunan Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram metamfetamin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.