Gəncədə qardaşlar bir-birini bıçaqladıbackend

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

“Yeni Gündem”in xəbərinə görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 20 yaşlı Osmanlı Fərid Feyruz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, F. Osmanlı qardaşı Ceyhun tərəfindən bıçaqlanıb. Dava zamanı Fərid də Ceyhuna bıçaq xəsarətləri yetirib. Tibbi yardım göstəriləndən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.