Gəncədə üç nəfər dəm qazından zəhərləndi – Biri azyaşlıdırbackend
Gəncədə 3 nəfər dəm qazından zəhərlənib.

“Yeni Gundem”in xəbərinə görə, şəhərin Şahlar Hüseynov küçəsinə yas mərasiminə gedən şəhər sakini, 26 yaşlı Gülər Quluzadə və o evdə olan 5 yaşlı Nurlan İsmayılov anası ilə birgə dəm qazından zəhərləniblər. G.Quluzadə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, Nurlan isə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Başqa bir zəhərlənmə hadisəsi isə şəhərin Gülüstan qəsəbəsində baş verib. Orada yaşayan 30 yaşlı Aygün Məhərrəmova vanna otağında dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.