Gəncədə yanan mağazanı bu dəfə polislər söndürdü – FOTObackend

Gəncədə mağaza yanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Gündəm”in yerli bürosuna verilən məlumata görə, aprelin iyun ayının 6-da səhər saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində şəhər ərazisindəki hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın yandığını görən polis əməkdaşları dərhal aidiyyəti qurumlara xəbər verib və hər hansı bir oğurluq hadisəsinin baş verməməsi üçün müvafiq tədbirlər görüb. Daha sonra polislər içəri daxil olaraq yanğın söndürmə balonunun köməyi ilə yanğının daha geniş sahəyə yayılmasının qarşını alıblar. Qısa zaman ərzində söndürülən yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir