“Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunan “Ulu yurdun ulu səsi” adlı online tədbir keçirimişdir – FOTOLARbackend

İyunun 17- də “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunan “Ulu yurdun ulu səsi” adlı online tədbir keçirimişdir. Milli mətbuatımızın ən uzunömürlü mətbu orqanlarından olan “Gəncənin səsi” qəzetinin 100 yaşı tamam olur.

Çoxəsrlik tarixi ənənələrə malik olan qədim şəhərin adını daşıyan “Gəncənin səsi”,dahi Nizami yurdunun inkişafının, ictimai, iqtisadi və mədəni həyatının ən fəal tərənnümçüsü olub. Özünəməxsus üslub və yaradıcılıq xüsusiyyətləri olan qəzetin zəngin arxivi bu gün bizə qədim şəhərin 100 illik tarixinə aid məlumatları çatdırır.
1920-ci il may ayının 5-də “Qırmızı Gəncə” adı ilə ilk dəfə işıq üzü görən qəzetin adı 100 il ərzində 7 dəfə dəyişdirilib. Qəzet “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” və ən nəhayət, 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculara təqdim olunub.