Gənclər Ali Baş Komandanın ad günü münasibətilə video hazırlayıb – VİDEObackend

Xeyirxah Platforması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi 59 yaşının tamam olması münasibətilə təbrik edib.

İctimai.az xəbər verir ki, Xeyirxah Platforması Prezident İlham Əliyevin ad günü münasibətilə qısa video hazırlayıb: “Salam, böyük sərkərdə! Mən Qarabağam. Məni Anam Azərbaycana qovuşdurduğun üçün çox sağ ol”.

Tanınmış blogger, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ərtoğrul Kamalovun səsləndirdiyi, Rəşad Manafovun qrafik işləri ilə və bəstəkar Tural Məmmədlinin studiyasında ərsəyə gələn videoda ölkə başçısına təbrik ünvanlanır.

Təşkilatdan verilən məlumata görə, videonun ideyasından göründüyü kimi, 30 ilə yaxındır işğal altında olan Qarabağın azad edilməsi ərəfəsində ölkə başçısın ad gününü bu formada təbrik etmək istəyiblər.

Xeyirxah Platforması 2018-ci il aprel ayının 25-də bir qrup gəncin təşəbbüsü ilə yaradılıb. Fəaliyyətinin əsas istiqaməti müxtəlif xeyriyyə aksiyalarının təşkilindən ibarətdir.

İctimai.az sözügedən təbrik videosunu təqdim edir: