General Hayman: “İran sonda çökəcək”backend

İran İslam Respublikası hazırda sabit ölkə kimi görünsə də, sonda çökəcək.

“Yeni Gündəm” xəbər verir ki, bunu İsrailin istefada olan kəşfiyyat rəisi general-mayor Tamir Hayman deyib.

“Vətəndaşlarını sıxışdıran və nəticədə yıxılan haqsız bir totalitar rejim olsa da, hazırda sabitdir”, – qeyd edən general əlavə edib ki, tarix bizə bu cür qaranlıq rejimlərin nə olduğunu öyrədib.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi isə bəyan edib ki, bundan sonra da nüvə proqramı da daxil olmaqla İranın hərbi potensialına qarşı hərbi əməliyyatları davam etdiriləcək.

“İran potensialını məhv etmək əməliyyatları istənilən arenada və istənilən vaxt davam edəcək və İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etməyə və təkmilləşməyə davam edəcək”, – Kohavi qeyd edib.“Times of Israel”