General Lələtəpəyə ilk dəfə bayraq sancan əsgərin ADINI AÇIQLADI – VİDEObackend

Aprel döyüşlərində iştirak etmiş general Lələtəpəyə bayraq sancan əsgərdən danışıb.
“Yeni Gundem”
 xəbər verir ki, aprel döyüşləri qazisi, general-mayor Mais Bərxudarov gənclərin bayraq rəsmi yarışmasında Lələtəpəyə ilk dəfə sancılan Azərbaycan bayrağından danışıb: “Mən burada heç kəsin bilmədiyi bir məlumatı paylaşmaq istəyirəm. 2016-cı ilin aprel ayında biz əməliyyata başlayanda tapşırıq vermişdik ki, Lələtəpəyə sancmaq üçün bayrağımızı hazırlasınlar. Ancaq bir hərbi qulluqçumuz heç kəsə demədən özü ilə götürdüyü Azərbyacan bayrağını artıq ilk dəfə ora sancmışdı. Həmin əsgər Əliyev Asimdir”. General daha sonra həmin əsgəri yanına çağıraraq səmimi söhbət edib. Həmin görüntüləri təqdim edirik.

General Mais Bərxudarov Lələtəpəyə üçrəngli bayrağımızı ürəyində aparan igidimiz barədə ilk dəfə danışır. Qürurverici anları siz də dinləyin… Video: Elgün Gəncimsoy

Gepostet von Yenigundem.AZ am Freitag, 13. Dezember 2019