General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib – SƏRƏNCAMbackend

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.