General-leytenant xəbərdarlıq ETDİ – Putin taktiki nüvə zərbəsi endirməyə HAZIRDIRbackend

Son açıqlamalarına əsasən deyə bilərik ki, Putin “qırmızı düyməni” basmağa və taktiki nüvə zərbəsi endirməyə hazırdır.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri istefada olan general-leytenant İqor Romanenko bildirib.

Sabiq general-leytenant Rusiya prezidentinin uğursuzluğa düçar olduğunu və bu səbəbdən məsuliyyət daşıyacağını deyib:

“Putin hələ 2014-cü ildə NATO ölkələrinin Ukraynanın müdafiəsinə qalxacağı təqdirdə taktiki nüvə silahından istifadə edə biləcəyini demişdi. İndi buna tam hazırdır. Beynəlxalq təzyiqlərə tab gətirə bilməsə həmin dəhşətli addımı atmağa qərar verə bilər. Hər halda Putin bu uğursuz hücuma görə məsuliyyət daşıyır”, – Romanenko qeyd edib.

O, hazırda Rusiya liderinin qərarını neytrallaşdırmağın və gözlənilən fəlakətin qarşısını almaq üçün əsaslı addımların atılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov dolayı yolla dövlətinin gələcəkdə Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə eyham vurmuşdu. Vladimir Zelenski də xəbərdarlıq etmişdi ki,  dünya Rusiyanın nüvə zərbəsinə hazırlaşmalıdır.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Kremli Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə nəticələri ilə üzləşəcəyi barədə təhdid edib.

Kaim.az