General öldübackend

Rusiyanın Şimali Qafqazdakı Birləşmiş qoşunlarının keçmiş komandanı, Rusiya qəhrəmanı, general Viktor Kazansev 76 yaşında ölüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, V.Kazansev 1999-2000-ci illərdə İkinci çeçen müharibəsində Rusiya hərbçilərinə başçılıq edib. 2000-2004-cü illərdə Rusiya Prezidentinin Cənub federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub. O, çeçen müharibəsində sərtliyi və barışmazlığı ilə fərqlənib.Report