20 Okt 2020 - 08:082.9 KGeneral-polkovnik Məhərrəm Əliyev üçün özəl günTelegram Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin doğum günüdür. “Yeni Gündəm”-in xəbərinə görə, M.Əliyevin 69 yaşı tamam olur. Məhərrəm Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib. 2012-2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub.Mükafatlarına gəlincə, 24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə, 25 iyun 2013-cü ildə “Vətən uğrunda” medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. “Gündəm Media Group”un kollektivi Məhərrəm Əliyevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, fəaliyyətində uğurlar arzulayır! yenigundem_ads 768_98Youtubewww.facebook.comDaha tez məlumatlanmaq üçün Facebook səhifəmizi !Reklam (Dostlar)BƏNZƏR XƏBƏRLƏR1 KGÜNDƏM19 Apr 2024 - 08:29Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)1.1 KGÜNDƏM19 Apr 2024 - 08:03“Azərişıq” məhkəməyə verildi988GÜNDƏM19 Apr 2024 - 07:05Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB!634GÜNDƏM18 Apr 2024 - 21:29Yazgül Abdıyevanın 50 illik yubileyidir966GÜNDƏM18 Apr 2024 - 18:48Cəlilabadda məmur şəhid dayısını məhkəməyə verdi-5 min təzminat istəyir958GÜNDƏM18 Apr 2024 - 18:43Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT961GÜNDƏM18 Apr 2024 - 17:50İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO1.8 KGÜNDƏM18 Apr 2024 - 17:38Bakı Baş Gömrük İdarəsi vətəndaşlarla "zarafat" edir: Mart-da dəvəti apreldə göndərir... FOTO780GÜNDƏM18 Apr 2024 - 16:44YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?962GÜNDƏM18 Apr 2024 - 12:473 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin oliqarx bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT961GÜNDƏM18 Apr 2024 - 12:10Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb1 KGÜNDƏM18 Apr 2024 - 11:39Nizami Rayon İcra Hakimiyyətinə xatırlatma: Bu yol məktəblilər üçün təhlükəlidir - FOTO
1 KGÜNDƏM19 Apr 2024 - 08:29Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
958GÜNDƏM18 Apr 2024 - 18:43Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT
961GÜNDƏM18 Apr 2024 - 17:50İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO
1.8 KGÜNDƏM18 Apr 2024 - 17:38Bakı Baş Gömrük İdarəsi vətəndaşlarla "zarafat" edir: Mart-da dəvəti apreldə göndərir... FOTO
962GÜNDƏM18 Apr 2024 - 12:473 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin oliqarx bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT
961GÜNDƏM18 Apr 2024 - 12:10Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb
1 KGÜNDƏM18 Apr 2024 - 11:39Nizami Rayon İcra Hakimiyyətinə xatırlatma: Bu yol məktəblilər üçün təhlükəlidir - FOTO