Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olubbackend

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, general-mayor Məhərrəm Qafarov vəzifəsindən azad olunaraq, yerinə polkovnik Nofəl Əsədov gətirilib.

Qaynarinfo-ya Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən Nofəl Əsədovun kimliyi ilə bağlı maraqlı məlumat daxil olub.

29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olan Nofəl Əsədov uzun illər Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirlyində müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri isə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Abdullayevin rəhbərlik etdiyi qurum olub.

Nofəl Əsədov FHN-nin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin Əməliyyat Şöbəsinin müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, 20.09.2023-cü il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə ədliyyə polkovniki Novəl Əsədova Penitensiar Xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib.

Onun atası Abbas Əli Əsədov isə iş adamı olub.