Gömrük Komitəsinin paylaşımı tənqidlərə səbəb oldu – Fotolarbackend

Dövlət Gömrük Komitəsi bu gün rəsmi saytında və sosial şəbəkə hesablarında gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkarlanması ilə bağlı məlumat paylaşıb.

“Yeni Gundem” xəbər verir ki, bu paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Sosial şəbəkə istifadəçiləri bldiriblər ki, əgər kimsə xaricdən gələn zaman özünə, ya da yaxınlarına nəsə alırsa gömrük orqanları bunu niyə müsadirə edirlər?
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır.
Gömrük Komitəsinin bu gün paylaşdığı məlumatda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edildiyi qeyd olunub.
Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.