Goranboy rayonunda Vətən müharibəsi şəhidi yad edilib – FOTOLARbackend

Oktyabrın 19-da Goranboy rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Nemət Məmmədovun xatirəsi yad edilib.

Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhid Nemət Məmmədovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  minnətdarlıqlarını bildiriblər.