Goranboyda 47 yaşlı qadın qətlə yetirilibbackend
Yanvarın 26-sı saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Yeni Gundem”-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.
Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.